NƏQLİYYAT

Avropa şirkətləri elektriklə çalışan təyyarə istehsal edəcək
29 NOYABR 2017
232

Avropa şirkətləri elektriklə çalışan təyyarə istehsal edəcək

2017-11-29 17:01:00

Avropanın öndə gədən 3 aviasiya və texnologiya firması birlikdə hibrid xarakterli elektrikli təyyarə istehsal etmək üçün hərəkətə keçib.

MFins.az xəbər verir ki, Fransanın Airbus, İngiltərənin Rolls Royce və Almaniyanın Simens firmaları "E-Fan X"  adını verdikləri birgə layihə çərçivəsində BAe 146 regional sərnişin təyyarəsinə 3 reaktiv mühərriklə birlikdə 1 elektrik mühərriki də əlavə edəcək.

Firmalar Avropa İttifaqının (Aİ) aviasiyadan irəli gələn karbon emissiyalarının azaldılması tələblərinə cavab vermək üçün inkişaf etdirdikləri layihə çərçivəsində 2020-ci ildə sınaq uçuşlarına başlamağı planlaşdırırılar. Təyyarəni 2025-ci ildə istismara vermək istəyirlər

Bildirilib ki, tam elektrikli mühərriklərə keçid etmək üçün batareyalarının və onları soyutmaq üçün lazım olan avadanlığın çəkisinin çox olması səbəbilə hələ ki, aviasiyada istifadə etmək üçün kifayət qədər praktika yoxdur.

Airbus-un yüksək səviyyəli texnologiya rəhbəri Pol Eremenko "Hibrit-elektrikli motor tətbiqini aviasiyanın gələcəyi üçün məcburi bir texnologiya olaraq görürük" deyib.

Layihədə elektrik mühərriki bəsləyəcək generatorun Rolls Royce firması tərəfindən inkişaf etdiriləcəyi qeyd olunub.

Əgər sistem uğurlu olarsa təyyarəyə ikinci bir elektrikli mühərrik əlavə olunması, beləliklə, modelin yarı yarıya hibrid hala gətirilməsi planlaşdırılır.

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301