NƏQLİYYAT

Azərbaycanda taksi xidmətinə görə ödənişləri ƏDV-yə tam cəlb etmək mümkün olmayacaq
28 NOYABR 2017
896

Azərbaycanda taksi xidmətinə görə ödənişləri ƏDV-yə tam cəlb etmək mümkün olmayacaq

2017-11-28 12:11:00

Azərbaycanda UBER, "Taxify" və s. taksi xidmətindən istifadəyə görə tətbiqi gözlənilən 18%-lik əlavə dəyər vergisi (ƏDV) bütün ödənişləri əhatə etməyəcək.

Fins.az-ın Report-a istinadən məlumatına görə, ölkə ərazisində qeyri-rezidentlərin xidmət haqqı həm yerli, həm də xarici banklara aid plastik kartlarla ödənilə bilər.

ƏDV-ni yalnız yerli banklara məxsus kartlarla edilən ödənişlərdən tutmaq mümkündür. Xarici banklara məxsus kart hesabından vergi tutmaq isə texniki baxımdan mümkün deyil.

Xatırladaq ki, taksi xidmətinə ödənişlərin ƏDV-yə dekabrın 1-dən cəlb olunacağı gözlənilir. Artıq Azərbaycan bankları müştərilərini bu barədə məlumatlandırmağa başlayıb. Plastik kart sahiblərinə göndərilən SMS-lərdə dekabrın 1-dən xarici şirkətlərin taksi xidmətinin 18% bahalaşacağı, yəni hesabdan əlavə pul çıxılacağı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277