NƏQLİYYAT

Bakıda metro vaqonlarının təmiri sexi istifadəyə verildi
17 NOYABR
228

Bakıda metro vaqonlarının təmiri sexi istifadəyə verildi

2017-11-17 16:21:00

"Nərimanov" elektrik deposunda metropoliten tarixində ən irimiqyaslı yeniliklərdən biri olan vaqonların əsaslı təmiri sexi istifadəyə verilib və burada ilk qatarın təmirinə başlanılıb.

Fins.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, uzunluğu 136 m, eni 24 m olan sexin metal konstruksiyası sendviç panellərlə örtülüb. Əmək şəraitinin maksimal tələblərinə cavab verən sahədə, layihə üzrə iki mərtəbədən ibarət işçi, yardımçı, sanitar-məişət və texniki otaqlar inşa olunub.

Məlumata görə, sexdə yüksək standartlı yanğın təhlükəsizliyi, havalandırma, ekoloji təmizliyin ən yüksək tələbləri nəzərə alınmaqla filtrasiya sistemləri quraşdırılıb. Sahələr 14, sexin damı 6 ventilyator və sexin divarı 12 kolorifel ilə təmin olunub. Səhmdar Cəmiyyətdən bildirilib ki, bu, yeni iş yerlərinin açılması, yeni tipli səriştəli kadrların hazırlanması, vaqon təmiri və istehsalı sənayesinin, həmçinin elmi-praktik potensialın möhkəm özülünün yaradılması baxımından xüsusi əhəmiyyət kəsb edərək ölkə iqtisadiyyatına əsaslı dəstəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289