NƏQLİYYAT

Sabahdan metronun bu stansiyasında eskalator təmirə dayanır
13 NOYABR
288

Sabahdan metronun bu stansiyasında eskalator təmirə dayanır

2017-11-13 15:20:00

Metronun "Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 2 saylı eskalator noyabrın 14-də əsaslı təmirə dayandırılacaq.

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, eskalatorun təmiri istismar qaydalarına uyğun olaraq, qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün aparılacaq.

Təmirin gələn ilin fevral ayında başa çatdırılması və təhvil-təslim işlərindən sonra eskalatorun yenidən istismara verilməsi nəzərdə tutulub.

Bu müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.

"Bakı Metropoliteni" QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291