NƏQLİYYAT

Zazalı-Gəncə dəmir yolu mənzili təmir olunur
13 NOYABR
89

Zazalı-Gəncə dəmir yolu mənzili təmir olunur

2017-11-13 10:05:00

Azərbaycan dəmir yolunun Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Fins.az-a verdiyi məlumata görə, bu gündən etibarən dəmir yolunun Zazalı-Gəncə mənzilində 8 km yolun əsaslı təmirinə start verilib. Eyni zamanda 3 ədəd yoldəyişən qurğunun təzələnməsi həyata keçirilir. Təmir işləri beş gün  davam edəcək.

Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi  həyata keçirir. Artıq köhnə yolun söküntüsü başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb. 

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanıb.

Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 400 km dəmir yolu əsaslı təmir olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291