NƏQLİYYAT

“Uber” taksi xidmətinə ƏDV-nin tətbiq edilməsi ilə bağlı görüş keçirilib
08 NOYABR
226

“Uber” taksi xidmətinə ƏDV-nin tətbiq edilməsi ilə bağlı görüş keçirilib

2017-11-08 15:29:00

"Uber" və qeyri-rezidentlərə məxsus taksi xidmətləri göstərən digər şirkətlər vergiyə cəlb ediləcək.

Fins.az "Azərbaycan Banklar Assosiasiyası"na (ABA) istinadən xəbər verir ki, ABA-da "Uber" və qeyri-rezidentlərə məxsus taksi xidmətləri göstərən digər şirkətlərin vergiyə cəlb edilməsi ilə əlaqədar "Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə" ekspert qrupunun növbəti iclası keçirilib. İclasda "Uber" və qeyri-rezidentlərə məxsus taksi xidmətləri göstərən digər şirkətlərə ƏDV-nin tətbiq olunması ilə bağlı yeni qərar bütün banklar və kart prosessinq şirkətləri ilə paylaşılıb və ƏDV-nin tutulması ilə bağlı müvafiq texniki sazlama işlərinin yekunlaşdırılma tarixi ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda "Azericard" MMC ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291