NƏQLİYYAT

Fətəli Xan küçəsində aparılan təmir işləri başa çatdırılıb
08 NOYABR
255

Fətəli Xan küçəsində aparılan təmir işləri başa çatdırılıb

2017-11-08 14:58:00

“Azəravtoyol” ASC tərəfindən Quba şəhəri Fətəli Xan küçəsində təmir-tikinti işləri aparılıb.

Azəravtoyol-dan Fins.az-a verilən məlumata görə, sözügedən küçənin uzunluğu 1,4 km, ortalama eni isə 10 metrdir. Piyada səkilərinin eni isə 2-4 metr arası dəyişir.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Daha sonra küçənin 13 min kvadratmetrdən çox hissəsinə yeni asfalt örtüyü döşənib. Bundan başqa vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz şəkildə hərəkəti üçün mövcud piyada səkiləri də yenidən qurulub. Səkilərin üstünə bəzək daşları döşənib, kənarlarına isə 2 700 paqon-metr yeni səki daşları düzülüb.

Təmir-tikinti işləri bitəndən sonra küçəyə yolcizgi və yolgöstərici xətlər çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287