NƏQLİYYAT

Azərbaycanda gələn il üçün ehtiyac meyarı artırıla bilər
08 NOYABR
224

Azərbaycanda gələn il üçün ehtiyac meyarı artırıla bilər

2017-11-08 14:29:00

"Azərbaycanda gələn il üçün müəyyən edilmiş ehtiyac meyarına yenidən baxmaq olar. Buna ehtiyac var".

Fins.az xəbər verir ki, bu fikir Milli Məclisin Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında səsləndirilib. 

Xatırladaq ki, gələn il ehtiyac meyarının 116 manat məbləğində saxlanılması nəzərdə tutulub. 2018-ci ildə Azərbaycanda yaşayış minimumu 173 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində proqnozlaşdırılır. 2017-ci ildə yaşayış minimumu 155 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat və uşaqlar üçün 136,6 manatdır. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287