NƏQLİYYAT

Qanunsuz taksilər qiyməti qaldırdı - Yol polisi icazə verir? - VİDEO
03 NOYABR
483

Qanunsuz taksilər qiyməti qaldırdı - Yol polisi icazə verir? - VİDEO

2017-11-03 09:48:00

Paytaxtın “20 Yanvar” dairəsindən Xırdalan şəhəri, Masazır qəsəbəsi istiqamətinə hərəkət edən avtobuslar günün pik saatlarında dolu vəziyyətdə gəldiyi üçün insanlar əvvəllər “1 manatlıq taksilər”ə müraciət edirdilər. Dövlət Yol Polisi məsələyə müdaxilə etdikdən sonra, hazırda sözügedən ərazidə qanunsuz fəaliyyət göstərən taksilər yığışdırılıb. Lakin bəzi taksilər DYP-dən icazə aldıqlarını iddia edərək, qanunsuz şəkildə fəaliyyətlərini davam etdirir, üstəlik bir sərnişini 1 manata deyil, 2 manata aparırlar.

Sərnişinlərədən birinin Metbuat.az-a göndərdiyi videoda taksi sürcüsünün maraqlı açıqlamaları var.

Məsələ ilə bağlı açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirir ki, bu cür informasiyalar ürək bulandırır: “Bu, mümkün deyil. Mən bunu gözümlə görsəm, inanmaram. Yol polisinin fəaliyyətinə bütün texniki vasitələrin imkanlarından istifadə etməklə nəzarət edilir. Polisin hər addımı izlənilir. Yol polisinin üzərində mikrofon, onların hrəkətini göstərən videokameralar var. Hər gün işin sonunda hesabat verirlər. Ərazidə 100 metrdən bir polis avtomobili dayanırsa, belə fakta əl atmaq mümkündürmü?! Deyilənlər düzgün deyil və heç bir fakta əsaslanmır. Vətəndaş bunu mediada yaymamalı, yaxınlıqdakı polis bölməsinə bildirməlidir. Yaxşı olardı ki, sərnişinlər bununla bağlı sürücünün adı, soyadı, avtomobil nömrəsi haqqında da məlumat verərdilər. Belə faktla qarşılaşan sərnişinlər həmin taksiyə minməkdən imtina etməlidir.”.

Fins.az metbuat.az-a istinadən sözügedən görüntüləri təqdim edir:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291