NƏQLİYYAT

İran ərazisində Astara-Astara dəmir yolunun tikintisi başa çatıb
01 NOYABR
103

İran ərazisində Astara-Astara dəmir yolunun tikintisi başa çatıb

2017-11-01 09:19:00
Bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb. Məlumata görə, ümumi uzunluğu 2225 metr olan dəmir yolu xəttinin çəkilişi hər iki ölkənin sərhədində tamamlanıb. Beynəlxalq əhəmiyyətə malik olan bu dəmir yolu xətti iki ölkənin dəmir yolu sistemini birləşdirəcək. Qeyd edək ki, AstaraAstara dəmir yolu xətti üzrə Azərbaycanda tikinti işləri bir qədər əvvəl yekunlaşıb, Astara çayı üzərində dəmir yolu körpüsünün inşası da başa çatdırılıb. Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan bu yol ilə yük qatarlarının hərəkətinə noyabrın sonunda başlanılacaq.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287