NƏQLİYYAT

Bakı-Tbilisi-Qars dünya ölkələri arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq
30 OKTYABR
165

Bakı-Tbilisi-Qars dünya ölkələri arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq

2017-10-30 13:13:00

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı böyük tarixi hadisədir. Bu layihənin reallaşması Azərbaycan, Gürcüstan və Türkiyənin birgə qələbəsidir.

Fins.az xəbər verir ki, bu sözləri Gürcüstan Baş nazirinin sabiq müavini və sabiq energetika naziri, Tbilisi şəhərinin yeni seçilmiş meri Kaxa Kaladze jurnalistlərə müsahibəsində söyləyib.

O deyib ki, bu gün regionumuzda Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə bir sıra dünya miqyaslı çox mühüm layihələr həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri artıq regionun inkişafında və Avropanın enerji təminatında mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi də bizim birgə qələbəmizdir və bu böyük tarixi hadisədir.

“İnanıram ki, Bakı-Tbilisi-Qars dəmir yolu regionda sülhün bərqərar olunmasında, iqtisadi, siyasi inkişafımizda, eləcə də dünya ölkələri arasında iqtisadi-ticarət əlaqələrinin, mədəni münasibətlərin genişlənməsində mühüm rol oynayacaq”, - deyə, Kaladze vurğulayıb.

Kaxa Kaladze daha sonra deyib: “Biz region xalqları üçün faydalı olacaq daha böyük layihələr həyata keçirəcəyik. Onlardan bəzilərinin inşası da artıq başa çatmaq üzrədir. Bütün bunlar bizə daha sürətli inkişaf, sülh, əmin-amanlıq və parlaq gələcək bəxş edəcək”. 

© AZƏRTAC
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291