NƏQLİYYAT

Səfir: Azərbaycanla Qazaxıstan arasında dəmir yolu ilə yükdaşımaların həcmi 146 faiz artıb
27 OKTYABR
104

Səfir: Azərbaycanla Qazaxıstan arasında dəmir yolu ilə yükdaşımaların həcmi 146 faiz artıb

2017-10-27 14:07:00
"Bu ilin 9 ayı ərzində Azərbaycan və Qazaxıstan arasında dəmir yolu vasitəsilə yükdaşımaların həcmi 1,5 milyon tona çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 146 faiz çoxdur". Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsayev bugünkü mətbuat konfransında deyib. Səfir bildirib ki, proqnozlara görə, 2020-ci ildə Şərq-Qərb istiqaməti üzrə daşınmaların 5 dəfə artacağı gözlənilir. "Yaxın gələcəkdə Qazaxıstan və Azərbaycan Avropa-Asiya arasında yüklərin daşınmasında tranzit habına çevriləcək" - deyə o vurğulayıb.
APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291