NƏQLİYYAT

Nəqliyyat kartlarını “elektron pul kisəsi” ilə yükləmək mümkün olacaq
23 OKTYABR
333

Nəqliyyat kartlarını “elektron pul kisəsi” ilə yükləmək mümkün olacaq

2017-10-23 17:51:00

“BakıKart” nəqliyyat kartlarını “elektron pul kisəsi” vasitəsilə yükləmək mümkün olacaq.

Bu barədə Azərbaycanın ödəniş sistemi bazarındakı mənbə məlumat verib.

Mənbənin bildirdiyinə görə, bu xidmətdən hələlik korporativ müştərilər istifadə edə biləcək.

Mənbə əlavə edib ki, şirkətlər öz əməkdaşları üçün gediş kartı aldıqdan sonra aylıq olaraq “elektron pul kisəsi”nə müəyyən məbləğ keçiriləcək. Sərnişin kartı “BakıKart” ödəmə aparatlarına yaxınlaşdırdıqda məbləğ avtomatik kartın balansına keçəcək.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291