NƏQLİYYAT

9 ayda 90 min piyada cərimələnib
23 OKTYABR
176

9 ayda 90 min piyada cərimələnib

2017-10-23 16:04:00

Avtomobillərin sayı artdıqca, yol qəzaları da qacılmaz olur. Bu qəzalar yüksək sürət, ehtiyatsızlıq, səriştəsizlik və başqa səbəblərdən baş verir. Qəzalar arasında ən təhlükəlisi isə insan vurulması isə nəticələnəndir. Burada sürücülərin günahı olduğu kimi, piyadalarında günahı olur. 
Yeri gəlmişkən, bir müddət əvvəl Almaniyada azərbaycanlı mühacirlərdən biri öz səhlənkarlığı səbəbindən naşınla vurulub. Qəzada yaralanan həmyerlimiz sonradan məhkəməyə çəkilib və piyada olaraq yol hərəkəti qaydasını pozduğuna görə ona cərimə kəsilib.
Azərbaycanda da belə hadisələr tez-tez baş verir: piyadanın səhlənkarlığı ağır yol qəzalarına səbəb olur. Hətta bəzən yerüstü piyada keçidinin 3-4 metriliyində belə, piyadaların vurulma halları qeydə alınır. Səbəbdə budur: piyada keçidə çıxmağa tənbəllik edib, özünü avtomobillərin yüksək sürətlə hərəkət etdiyi yola atır. 
Amma Almaniyadan fərqli olaraq bizdə belə hallarda günahsız olmalarına baxmayaraq, sürücünü məsuliyyətə alırlar.

Maraqlıdır, bizdə də yol qəzalarına səbəb olan piyadaların cərimələndiyi hallar olubmu?

DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyev deyib ki, piyadaların vurulması ilə nəticələnən qəzalar təxminən ümumi qəzaların 50 faizini təşkil edir.

“Bizi ən çox narahat edən məsələlərdən biri piyadaların vurulması hadisəsidir. 2017-ci 9 ayı ərzində piyadaların vurulması ilə nəticələnən qəzalar ümumi qəzaların 48,4 faizini təşkil edir. Bu göstərici əvvəlki aylarda daha da çox olub”.

K.Əliyevin sözlərinə görə,  piyadaların vurulması ilə nəticələnən qəzaların hamısında sürücülərin günahkar olmasını demək doğru olmaz.

“Bu il ərzində piyada vurulması ilə nəticələnən 646 hadisədən 81-i konkret olaraq piyadaların təqsiri üzündən baş verib. Həmin 80 hadisədə piyadalar məsuliyyətə cəlb edilib. Piyadaların təqsiri üzündən baş verən qəzalarda 36 piyada ölüb, 45 piyada isə yaralanıb. Bunlardan 3-ü sərxoş vəziyyətdə olan piyadalar olub, hər 3-ü də dünyasını dəyişib. Belə olan halda sürücü məsuliyyətə cəlb olunmur. Sürücünün hərəkətlərində hər hansı bir qanun pozuntusu yoxdursa, heç bir məsuliyyətə cəlb olunmur. Hətta sürücünün ixtiyarı var ki, məhkəməyə müraciət edib ona dəyən zərəri həmin piyadadan tələb etsin”.  

Şöbə rəisi deyib ki, 2017-ci ilin 9 ayı ərzində təxminən 90 min piyada qayda pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib.

“Burada piyadanı və sürücünü məsuliyyətə cəlb etməkdən çox maarifləndirməyə ehtiyac var. Çox təəssüflər olsun ki, bizim bu qədər maarifləndirmə, təbliğat işləri aparmağımıza baxmayaraq, piyadaların yenə də kütləvi qayda pozuntusu halları qeydə alınır. Bu da onun göstəricisidir ki, piyadalar belə məsələlərdə maariflənməyə o qədər də maraqlı deyil. Hər kəsdə də belə bir düşüncə var ki, “yolun istənilən yerindən keçsəm, mənim üçün təhlükə olmayacaq”. Piyadalar bilməlidirlər ki, hərəkət iştirakçıları arasında ən zəif onlardır. İstənilən halda avtomobil sənə toxunursa, təqsir səndədir-səndə deyil fərqi yoxdur, burda zərər çəkən hər zaman piyada olur. Bir çox yerlərdə yeraltı və yerüstü piyada keçidləri olduğu halda yolun üzərindən keçirlər. Bununla həm özlərini, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atırlar”. 

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291