NƏQLİYYAT

“BakuBus” avtobus üçün təkərləri bu şirkətdən alacaq
18 OKTYABR
667

“BakuBus” avtobus üçün təkərləri bu şirkətdən alacaq

2017-10-18 19:35:00

Aztech and Tegeta Motors” MMC “BakuBus”ın 302 avtobusu üçün təkər satacaq.

Fins.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev deyib.

O bildirib ki, “BakuBus” MMC tərəfindən 302 ədəd “Iveco” markalı avtobuslara tələb olunan ölçüdə 1000 ədəd təkərlərin satın alınması üçün açıq tender keçirilib. Bu avtobuslardan 151 ədədi “Iveco Crealis”, 151 ədədi isə “Iveco Urbanway” modelli avtobuslardır.

M.Piriyev qeyd edib ki, “Aztech and Tegeta Motors” MMC tenderin qalibi olub və şirkətlə müvafiq satınalma müqaviləsi imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291