NƏQLİYYAT

Nəqliyyat siseminin müasirləşdirilməsi
17 OKTYABR
196

Nəqliyyat siseminin müasirləşdirilməsi

2017-10-17 14:18:00
Nəqliyyat sektoru iqtisadiyyatın şaxələndirilməsi üçün vacib olan ölkədaxili və beynəlxalq bağlantıların gücləndirilməsi, bazarlara çıxışın təkmilləşdirilməsi və qeyri-neft sektorunun inkişafı üçün mühüm sahədir. Dünya Bankı Azərbaycanın dəmir yolu infrastrukturunun təkmilləşdirilməsinə və Azərbaycan Dəmir Yolları QSC-nin institusional potensialının müasirləşdirilməsinə yardım edir. Bank, həmçinin 2001-ci ildən etibarən Azərbaycanın yol sektorunun müasirləşdirilməsinə dəstək verir. Bu dəstək nəticəsində ölkənin mühüm magistral dəhlizlərində əhalinin yola sərf etdiyi vaxt, yollardan istifadə xərcləri və təhlükəsizlik riskləri əhəmiyyətli dərəcədə azalmışdır. Hazırda həyata keçirilən proqram əlavə 142 km uzunluğunda yolun müasir dörd zolaqlı magistral yola çevrilməsini dəstəkləyir 
Nəqliyyat sektoruna 1,8 milyard dollardan artıq investisiya yatırılmışdır.
ŞƏRQ-QƏRB DƏHLİZİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ:
• 500 km-dən artıq dəmir yolu xətti əvəzlənmiş
• Tranzit vaxtı 2016-cı ildə 18 saata qədər azalmış
• 12 yeni elektrik enerjisi yarımstansiyası tikilmiş
• 20 stansiya və onlarla dəmir yolu keçidi yeni işarvermə avadanlıqları ilə təmin edilmiş 
MAGİSTRAL YOLLARIN MÜASİRLƏŞDİRİLMƏSİ:
• 455 km uzunluğunda müasir magistral yolu bərpa olunmuş
• 170 km uzunluğunda birləşdirici kənd yolu bərpa olunmuş
• Bir sıra iri körpü və yol qovşaqları yenidən qurulmuşdur
Müəlif: Vüqar Bağırov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287