NƏQLİYYAT

Bakı ilə Naxçıvan arasında dəmir yolu əlaqəsi yaradılacaq
13 OKTYABR
200

Bakı ilə Naxçıvan arasında dəmir yolu əlaqəsi yaradılacaq

2017-10-13 14:19:00

Bakı ilə Naxçıvan arasında dəmir yolu əlaqəsinin yaradılması Türkiyə və ya İran üzərindən mümkün ola bilər.

Bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov məlumat verib.

C.Qurbanovun sözlərinə görə, bu layihənin reallaşması üçün iki variant mövcuddur: "Qarsdan Sədərəkə dəmir yolu xətti çəkilə bilər. Bu isə Türkiyənin ərazisidir və bu layihənin dəyəri 2-2,5 mlrd. dollar təşkil edir. Türkiyə dövlətinin bu maliyyəni nə vaxt ayıracağı məlum deyil".

"Digər tərəfdən, İranda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üçün yol tikilir. Bu yolun maliyyə dəyəri 1 mlrd. dollar təşkil edir. İran tərəfi yolun torpağını almağı öhdəsinə götürüb. Bütün bu tikinti işləri yekunlaşandan sonra, İrandan keçməklə, yəni 1 450 km ötməklə Bakıdan Naxçıvana məsafə qət edə biləcəyik. Qeyd edim ki, dövlət başçısı da bu layihənin reallaşmasında maraqlıdır", - deyə "Azərbaycan Dəmir Yolları" başçısı əlavə edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296