NƏQLİYYAT

Yollarının nə vaxt hazır olacağı açıqlandı
10 OKTYABR
551

Yollarının nə vaxt hazır olacağı açıqlandı

2017-10-10 09:56:00

"Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun tikintisi 2018-ci ildə başa çatdırılacaq".

Fins.az xəbər verir ki, bunu “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov Nazirlər Kabinetinin iclasında deyib.

"Şimal-Cənub dəhlizi üzrə Gəndob qəsəbəsindən Rusiya Federasiyası ilə dövlət sərhədinədək olan 69 kilometr hissənin, həmçinin uzunluğu 204 kilometr təşkil edən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun dörd hərəkət zolaqlı olmaqla tikintisi 2018-ci ildə, Şərq-Qərb istiqamətində İpək Yolunun Gəncə şəhərindən keçməklə Gürcüstan ilə dövlət sərhədinədək qalan 130 kilometrlik hissəsinin dörd hərəkət zolaqlı olmaqla 2020-ci ilədək və Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 101 kilometr hissəsinin iki hərəkət zolağı əlavə edilməklə yenidən qurulması işlərinin isə cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulub", - deyə o əlavə edib.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289