NƏQLİYYAT

Bakı metrosu qış rejiminə hazırlaşır
07 SENTYABR
236

Bakı metrosu qış rejiminə hazırlaşır

2017-09-07 15:29:00

"Bakı Metropoliteni” hər il yeni tədris ilinin başlanması ilə əlaqədar payız-qış qrafikinə keçir. Hazırda metroda bu istiqamətdə hazırlıq işləri görülür.

"Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, bu barədə rəsmi qərar yaxın günlərdə elan olunacaq.

Bakı metrosunun sentyabr ayının 15-dək qış qrafikinə keçməsi gözlənilir. 

Qeyd edək ki, hazırda Bakı metrosunda qatarlar yay qrafiki ilə hərəkət edir. İnterval gur saatlarda 2,5, qalan vaxtlarda, əsasən, 3 dəqiqədir. Yay qrafikinin tətbiqi son günlər metro stansiyalarında sıxlığa səbəb olur.

©XəzərXəbər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285