NƏQLİYYAT

Səfir: TAP ilə bağlı işlər İtaliyada qrafikə uyğun aparılır
07 SENTYABR
125

Səfir: TAP ilə bağlı işlər İtaliyada qrafikə uyğun aparılır

2017-09-07 11:55:00

Transadriatik boru kəməri (TAP) layihəsinin icrası ilə bağlı işlər İtaliya ərazisində qrafikə uyğun aparılır.

Fins.az Trend-ə istinadən xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.

Diplomat qeyd edib: "Bizim əsas məqsədimiz işlərin tam yekunlaşması və boru kəmərinin 2020-ci ilə istismara verilməsidir. Deyə bilərəm ki, bütün işlər müəyyən edilmiş qrafikə uyğun aparılır".

Boru kəmərinin keçəcəyi ərazidə zeytun ağacları ilə bağlı problemə gəlincə, A.Massari bildirib ki, fikir ayrılığı artıq aradan qaldırılıb:

"Ağaclar kökləri ilə birlikdə götürülüb və boru kəmərinin çəkilişindən sonra yenidən basdırılacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285