NƏQLİYYAT

Magistral yolun kənarlarında xüsusi istirahət sahələri yaradılır – FOTO
31 AVQUST
367

Magistral yolun kənarlarında xüsusi istirahət sahələri yaradılır – FOTO

2017-08-31 13:45:00

Azərbaycanda ilk dəfə olaraq magistral yolun kənarında xüsusi istirahət sahələri yaradılır.

Bu layihə yeni inşa edilən Ələt-Astara avtomobil yolunda gerçəkləşdirilir. Bu addımın atılmasında məqsəd yolun yeni trassa üzrə inşa edilməsi, kənarlarının bağlı olması və yaşayış məntəqələrindən demək olar ki, keçməməsidir.

Layihə üzrə müəyyən məsafələrdən bir bu cür istirahət  sahələrinin yaradılması nəzərdə tutulub. Artıq bununla bağlı olaraq yeni yol boyunca xüsusi ərazilər ayrılıb və məlumatverici lövhələr də quraşdırılıb. İstirahət sahələrində parkinq yerləri, yanacaqdoldurma məntəqəsi, kafe, istirahət üçün yerlər, tualet, market və sair iaşə obyektləri yerləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285