NƏQLİYYAT

Astarada iki yolun tikintisinin başa çatdırılması üçün 8,5 milyon manat ayrılıb
28 AVQUST
394

Astarada iki yolun tikintisinin başa çatdırılması üçün 8,5 milyon manat ayrılıb

2017-08-28 16:49:00

Prezident İlham Əliyev Astara rayonunun Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Fins.az xəbər verir ki, Sərəncama əsasən 12 min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisinin başa çatdırılması məqsədilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,5 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

©Azərtac

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291