NƏQLİYYAT

Quba-Xaçmaz yolunda təmir-bərpa işləri aparılır - VİDEO / FOTO
24 AVQUST
149

Quba-Xaçmaz yolunda təmir-bərpa işləri aparılır - VİDEO / FOTO

2017-08-24 10:27:00

“Azəravtoyol” ASC avtonəqliyyat vasitələrinin və vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində apardığı kompleks tədbirlər çərçivəsində respublikanın avtomobil yollarında yağıntılar və intensiv hərəkət nəticəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərini davam etdirir.

Bu çərçivədə həm turizmin inkişafı baxımından, həm də vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsi üçün xüsusi əhəmiyyətə malik olan Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işləri aparılır.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna çıxışı təmin edən sözügedən yolun ümumi uzunluğu 22 km təşkil edir. 2 hərəkət zolaqlı olan yolun ümumi eni 12 m-dir. Bura 3.75 m enində yolun hərəkət hissəsi və 2.25 m enində çiyinlər daxildir.

Sözügedən yolun 5.5 km-lik hissəsinə artıq yeni asfalt-beton örtüyü döşənib, digər hissələrdə isə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənməsi, yararsız qruntun qazılaraq çıxarılması və yerinə yararlı material tökülərək kipləşdirməsi işləri aparılır, yeni asfalt örtüyünün döşənməsi üçün hazırlıq görülür.

Ümumilikdə işlər zamanı yola 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənir.  İşlər zamanı yolun 12 km-də yerləşən körpünün də təmir olunması nəzərdə tutulub.

Təmir-bərpa işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərə 52 ədəd yol nişanı quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərin çəklişi işləri aparılacaq.

Qeyd edək ki, Quba-Xaçmaz avtomobil yolunun bərpa olunması ilə 7 yaşayış məntəqəsinin on minlərlə sakininin gediş-gəlişi rahatlaşacaq, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış təmin olunmaqla yük və sərnişin daşınması xeyli asanlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294