NƏQLİYYAT

Bakıda 3 avtobus xətdən kənarlaşdırıldı - FOTOLAR
16 AVQUST
577

Bakıda 3 avtobus xətdən kənarlaşdırıldı - FOTOLAR

2017-08-16 16:04:00

Bakı Nəqliyyat Agentliyi müntəzəm sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər qarşısında qoyduğu tələblərin mövcud vəzəyyətini yoxlamaq məqsədi ilə monitorinqləri davam etdirir.

Agentlikdən Fins.az-a verilən məlumata görə, son 10 gün ərzində keçirilən növbəti monitorinqlərin nəticəsi olaraq, qoyulan tələblərin pozulması hallarına yol verən daşıyıcı və sürücülər müəyyənləşib.

Məlumat üçün qeyd edək ki, 173 nömrəli marşrut xətti üzrə 10-TF-819 Dövlət Qeydiyyat Nişanlı, 186 nömrəli marşrut xətti üzrə 10-TL-375 Dövlət Qeydiyyat Nişanlı, 139 nömrəli marşrut xətti üzrə 99-JM-781 Dövlət Qeydiyyat Nişanlı avtobusların texniki baxımdan qoyulan tələblərə cavab verməməsi, istismara yarasız vəziyyətdə olması aşkar edilib.

Qeyd edilən nəqliyyat vasitələri xətdən kənarlaşdırılıb, əsaslı təmir olunması üçün daşıyıcıya xəbərdarlıq olunub.

Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, qısa vaxt ərzində müasir tələblərə uyğun istehsalat bazasına malik olmayan, nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətə gətirməyən və peşəkar sürücü bazasını formalaşdırmayan daşıyıcılar ictimai nəqliyyat şəbəkəsindən kənarlaşdırılacaq və Agentlik öz səlahiyyətləri çərçivəsində ən sərt tədbirlərin görülməsini davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293