NƏQLİYYAT

Azərbaycanda yükdaşıma qiymətləri bahalaşdı
13 İYUL
396

Azərbaycanda yükdaşıma qiymətləri bahalaşdı

2017-07-13 12:17:00

2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,3 faiz bahalaşıb. Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin iyun ayında may ayına nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri  0,1 faiz ucuzlaşıb. O cümlədən, avtomobil nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri 3,1 faiz, boru kəməri nəqliyyatı ilə neftin nəql olunma qiyməti 0,3 faiz enib.

Dəniz nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri isə 0,1 faiz bahalaşıb. Qazın nəql olunma qiyməti, dəmiryol nəqliyyatında ölkədaxili və ölkələrarası yükdaşıma qiymətləri, hava nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri və avtomobil nəqliyyatında ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285