NƏQLİYYAT

Azərbaycanda nəqliyyat və İKT Forumu keçiriləcək
12 İYUL
271

Azərbaycanda nəqliyyat və İKT Forumu keçiriləcək

2017-07-12 16:31:00

Caspian European Club  Caspian American Club bu il sentyabrın 20-də Caspian Energy Transport Forum və Caspian Energy ICT Forum keçirəcək. Klubdan Fins.az-a verilən xəbərə görə, Forumlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə baş tutacaq.

Forumun birinci hissəsi nəqliyyat sektoruna, ikinci hissəsi isə İKT sahəsinə həsr olunacaq.

 Caspian Energy Transport Forum-un əsas mövzusu regionun nəqliyyat infrastrukturunun inkişafı, “Şimal-Cənub” nəqliyyat dəhlizinin perspektivləri və Azərbaycanın bu dəhlizdəki rolu, Ələt qəsəbəsində azad ticarət zonasının yaradılması, Azərbaycanla digər dövlətlər arasında aviamarşrutun açılması, dəmiryol stansiyalarının tikintisi, Xəzər dəniz gəmiçiliyinin inkişafı olacaq. Forumda AZAL, Azərbaycan Dəmir yolları, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və ölkənin digər nəhəng nəqliyyat şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285