NƏQLİYYAT

Bu sürücülərə xəbərdarlıq edildi – QAYDALAR SƏRTLƏŞDİ
11 İYUL
598

Bu sürücülərə xəbərdarlıq edildi – QAYDALAR SƏRTLƏŞDİ

2017-07-11 17:12:00

Bakı Nəqliyyat Agentliyinin müntəzəm sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər qarşısında qoyduğu tələblərin icra vəzəyyətini yoxlamaq məqsədi ilə müxtəlif nəzarət mexanizimlərindən istifadə edilir. Marşrut xətləri üzrə mütəmadi olaraq montitorinqlər keçirilir. Son bir həftədə keçirilən növbəti belə monitorinqlərin nəticəsi olaraq, qoyulan tələblərin pozulması hallarına yol verən daşıyıcı və sürücülərə qarşı ciddi cəza tədbirləri görülüb. 

15 nömrəli marşrut xətti üzrə hərəkət edən 10-TF-686 DQN-li avtobusun istismara tam yararsız olduğu halda reysə buraxıldığı müəyyən edilib. Nəqliyyat vasitəsi sonuncu dayanacaqda marşrut xəttindən kənarlaşdırılıb, daşıyıcı və sürücü Agentliyə çağırılaraq izahatları alınıb. Əsaslı təmir edilənədək avtobusun xəttə buraxılmasına qadağa qoyulub. Daşıyıcıya sonuncu xəbərdarlıq edilməklə bildirilib ki, belə halların təkrarlanacağı təqdirdə Agentlik tərəfindən daha sərt tədbirlər görüləcək.

44 nömrəli marşrut xətti üzrə 90-UN-516 DQN-li avtobusun ön şüşəsinin qırıq vəziyyətdə idarə edildiyi müəyyən edilib. Nəqliyyat vasitəsi xətdən kənarlaşdırılıb. Agentliyə çağırılaraq izahatı alınan daşıyıcı söz verib ki, nöqsan qısa vaxtda aradan qaldırılacaq və analoji halların təkrarlanmaması üçün zəruri işlər görüləcək.

173 nömrəli marşrut xətti üzrə 10-TF-428 DQN-li avtobusun sürücüsü Azər Abışov Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində dayanacaqdan kənar saxlama hallına yol verib. Sürücü və daşıyıcı Agentliyə çağırılıb, izahatları alınıb və sonuncu dəfə xəbərdarlıq olunub. Bir daha belə halların baş verəcəyi təqdirdə Agentlik tərəfindən barələrində ciddi tədbirlər görüləcəyi diqqətə çatdırılıb.

Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, qısa vaxt ərzində müasir tələblərə uyğun istehsalat bazasına malik olmayan, nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətə gətirməyən və peşəkar sürücü bazasını formalaşdırmayan daşıyıcılara qarşı səlahiyyətləri çərçivəsində ən sərt tədbirlərin görülməsini davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285