NƏQLİYYAT

Qanunsuz yol nişanı quraşdıran şəxslər cəzalanacaq – CƏRİMƏ MƏBLƏĞLƏRİ
10 İYUL
501

Qanunsuz yol nişanı quraşdıran şəxslər cəzalanacaq – CƏRİMƏ MƏBLƏĞLƏRİ

2017-07-10 16:15:00

Paytaxt yollarında qanunsuz yol nişanlarının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bu çərçivədə iyulun 10-da Yasamal rayonu Nazim Hikmət küçəsinə keçirilən baxış zamanı avtobus dayanacağı məntəqəsinə parklanma nişanının qoyulduğu aşkar edilib.

Bakı Nəqliyyat Agentliyindən Fins.az-a verilən xəbərə görə, müntəzəm marşrut avtobusları üçün nəzərdə tutulan dayanacaq məntəqəsinin yaxınlığına standartlara uyğun olmayan nişanın qoyulması qanunsuz olaraq həyata keçirilib.

"Yol Hərəkəti haqqında Qanunun müvafiq maddəsinin tələbinə əsasən, Bakı şəhərinin inzibati ərazisində yollarda yol nişanlarının qurulması Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırmaqla, Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilir. Sözügedən ünvanda qanunsuz yol nişanı quraşdıran şəxslər barəsində zəruri inzibati tədbirlərin görülməsi təmin ediləcək".

İnzibati Xətalar Məcəlləsinin 350-ci maddəsinə əsasən, müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, svetoforların və yol nişanlarının quraşdırılmasına görə- fiziki şəxslər 30 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285