NƏQLİYYAT

Qanunsuz sərnişin daşıyan sürücü – CƏZALANDIRILDI
06 İYUL 2017
785

Qanunsuz sərnişin daşıyan sürücü – CƏZALANDIRILDI

2017-07-06 16:58:00

Müntəzəm sərnişindaşıma xidməti göstərən daşıyıcılardan, eyni zamanda sərnişinlərdən Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən “Azadlıq” metrostansiyası istiqamətinə bir neçə nəqliyyat vasitələrinin qanunsuz sərnişindaşıma fəaliyyəti göstərməsi barədə Bakı Nəqliyyat Agentliyinə daxil olan şikayətlər əsasənda araşdırma aparılıb. Fins.az-a BNA-dan verilən məlumata görə, Elzamin İsmayılzadə adlı şəxs dövlət qeydiyyat nömrə nişanı 10 ME 228 olan “Mersedes” markalı sərnişindaşımaya yararsız olan mikroavtobusla qeyri-qanuni sərnişindaşıma faəliyyəti göstərir. Belə ki, adıçəkilən şəxs qanunsuz sərnişindaşıma fəaliyyəti göstərərkən Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə daxil olaraq müntəzəm marşrutların dayanacaq yerini zəbt edir.

Bakı Nəqliyyat Agentliyində aparılan söhbət zamanı sürücü Elzamin İsmayılzadə müvafiq sənədlərinin olmamasını və qanunsuz  sərnişindaşıma  fəaliyyəti  göstərməsini etiraf edib. Bakı Nəqliyyat  Agentliyi tərəfindən həmin sürücü barəsində qanunamüvafiq tədbirin görülməsi üçün zəruri məlumatlar aidiyyəti dövlət qurumlarına göndərilib.

Məlumat üçün bildiririk ki, görülən bütün zəruri tədbirlərə baxmayaraq hələdə bəzi şəxslər tərəfindən yararsız vəziyyətdə olan miktoavtobuslarla qanunsuz sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi halları mövcuddur. Bu kimi mikroavtobuslardan istifadə sərnişinlərin həyatı üçün ciddi təhlükə mənbəyidi. Məhz mikroavtobusların iştirakı ilə baş verən yol nəqliyyat hadisələri olduqca ağır nəticələrə səbəb olub. Qeyd edilənləri nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi sərnişinlərdən xahiş edir ki, bu kimi nəqliyyat vasitələrindən istifadə etməsinlər. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır