NƏQLİYYAT

“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu”nun iclası keçiriləcək
12 İYUN
302

“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu”nun iclası keçiriləcək

2017-06-12 15:15:00

Sabah Qazaxıstanın paytaxtı Astanada “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının (TBNM) təsisçilərinin iclası keçiriləcək.

Tədbirə işçi qrupuna  üzv ölkələrin dəniz və dəmir yolu nəqliyyatı qurumlarının, dəniz limanlarının rəhbərləri qatılacaqlar.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və digər qurumlardan olan rəsmi şəxslərin iştirak edəcəyi toplantıda   Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna tranzit və xarici ticarət yüklərinin cəlb edilməsi, nəqliyyat əlaqələrinin səmərəsinin yüksəldilməsi, marşrutun  inkişaf etdirilməsi, qarşılıqlı əlaqələndirmə işlərinin operativ təşkili və s. əhəmiyyətli məsələlərlə  bağlı müzakirələr aparılacaq.

Müzakirələrin yekununda protokol imzalanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296