NƏQLİYYAT

Bakıda taksi şirkəti satışa çıxarıldı
12 İYUN
1336

Bakıda taksi şirkəti satışa çıxarıldı

2017-06-12 10:37:00
Bakıda taksi şirkəti satışa çıxarıldı. Söhbət "*5550 Taxi Group" taksi şirkətindən gedir. Bu barədə Fins.az-a şirkətin nümayəndəsi Süleyman Məmmədov bildirib. Onun sözlərinə görə, şirkət noyabr ayından etibarən fəaliyyət göstərir və iş sistemi tam olaraq qurulub. Hazırda şirkətdə “Call center”lər (operatorlar),taksilər və müştəri bazası işlək vəziyyətdədi.  Sürücülər və operatorlar üçün şirkətin iki ofisi fəaliyyət göstərir və tam avadanlıqla təchiz olunub.
"*5550 Taxi Group"  həm şəhərdaxili, həm də bölgələrə taksi xidməti göstərir. Şəhərdaxili qeydiyyatda olan taksilər 300, rayonlarda isə 100-dür. Sürücülər (Android) və müştərilər üçün (Android və İOS) proqramı təminatından yararlanır. Şirkət eyni zamanda bir neçə korporativ  müştəri ilə əməkdaşlıq edir.
S.Məmmədov deyib ki, korporativ müştərilər üçün şəxsi kabinet vermək olur. Tam olaraq hesabatlara baxmaq, sifariş verə bilmək və xidmətlərində olan avtomobilləri izləmək imkanı var. Bundan əlavə "*5550 Taxi Group"un sosial şəbəkələrdə də işlək vəziyyətdə olan səhifələri fəaliyyət göstərir. Maraqlanan şəxslər "*5550 Taxi Group"a müraciət edə bilərlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296