NƏQLİYYAT

Daha bir avtobusun hərəkət istiqaməti dəyişdirildi
09 İYUN
643

Daha bir avtobusun hərəkət istiqaməti dəyişdirildi

2017-06-09 16:18:00

29 nömrəli müntəzəm marşrutu xətti üzrə avtobusların hərəkət traektoriyasında dəyişiklik edilib. Dəyişikliyə əsasən 29 nömrəli marşrut xətti üzrə avtobuslar 20 Yanvar küçəsi-Cavadxan küçəsi.-H.Babaşov küçəsindən keçmədən Moskva prospekti ilə birbaşa “Beynəlxalq Avtovağzal” kompleksinə qədər hərəkət edəcək.

Məlumat üçün bildiririk ki, 29 nömrəli marşrut üzrə avtobuslar hazırda Moskva pr.-20 Yanvar küç.- istiqamətində hərəkət edir ki, həmin istiqamətdə də 156, 193 və 525 nömrəli marşrutlarla üst-üstə düşür və ümumilikdə göstərilən hissədə 42 ədəd müxətlif markalı (daewoo, otoyol) avtobuslar sərnişindaşıma xidməti yerinə yetirirlər.

Məlum dəyişiklik 20 Yanvar və Cavadxan küçələrinin kəsişməsində (“Şamaxinka” adlanan ərazidə) avtonəqliyyat vasitələrininin sayının azaldılaraq tıxacın qismən də olsa aradan qaldırılması, təkrarlanan marşrutların hərəkət istiqamətlərinin dəyişdirilməsi,  o cümlədən “Beynəlxalq Avtovağzal” kompleksi və  “Avtovağzal” metro stansiyası ilə Badamdar qəsəbəsinin əlaqələndirilməsi baxımından vacib hesab edilib.

Qeyd edək ki, 10.06.2017 tarixindən sınaq məqsədi ilə 29 nömrəli marşrut üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297