NƏQLİYYAT

Ağsu aşırımı bağlandı
06 FEVRAL 2017
699

Ağsu aşırımı bağlandı

2017-02-06 11:54:00

Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu dolaylarından keçən 149-cu kilometrində torpaq sürüşməsi aktivləşib. Nəticədə avtomobillərin hərəkətinə təhlükəli vəziyyət yarandığı üçün əsas yol bağlanıb.

Fins.az AzərTAc-a istinadən xəbərinə görə, yola xidmət edən 16 nömrəli “Yol İstismar” MMC-dən bildirilib ki, həmin ərazidə torpaq şimal-qərb istiqamətindən cənub şərq istiqamətinə, dərin dərəyə doğru sürüşür. Respublikanın ərazisinə yağan sonuncu qardan sonra sürüşmə aktivləşib. Nəticədə 40 metrədək yol sahəsi 40-50 santimetr dərinliyində çöküb. Yolun bərpası ilə əlaqədar “Azəravtoyol” ASC-dən mütəxəssis dəvət olunub. 

Sürücülər müvəqqəti olaraq həmin ərazidəki alternativ yoldan istifadə edirlər. Qeyd edək ki, alternativ yoldakı sərt döngə qarlı və şaxtalı havalarda olduqca təhlükəlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256