NƏQLİYYAT

Qərb bölgəsində yol yenidən qurulur
03 FEVRAL 2017
807

Qərb bölgəsində yol yenidən qurulur

2017-02-03 11:07:00

Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən 154.4 km uzunluğu olan Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun (R18) yenidən qurulmasına işləri aparılır.

Fins.az xəbər verir ki, layihəyə uyğun olaraq avtomobil yolu 3 hissə üzrə yenidən qurulur. 1-ci Mingəçevir-Mingəçevir stansiyası hissəsi (km 0-16.4), 2-ci Aran-Qarağacı hissəsi (km 0-26) və 3-cü isə Qarağacı-Bəhramtəpə hissəsidir (km 26-138).

16.4 km-lik Mingəçevir-Mingəçevir stansiyası hissəsində yenidənqurma işlərinə ötən il start verilib və işlərin bu ilin yay aylarında yekunlaşdırılması planlaşdırılır. Sözügedən hissə 3-cü texniki dərəcədən 2-ci texniki dərəcəyə uyğun yenidən qurulur.

Layihəyə uyğun olaraq yolun hərəkət hissəsinin eni 7.5 metr olmaqla ümumi eni 15 metr təşkil edəcək və 2 hərəkət zolağından ibarət olacaq. Hər iki istiqamət üzrə çiyinlərin eni isə 3.75 metr olacaq. Yol geyimi konstruksiyasının qalınlığı 72 sm olmaqla bura 30 sm əsasın alt layı, 15 sm əsasın qırmadaş layı, 14 sm əsasın üst layı, 8 sm əlaqələndirici lay və 5 sm aşınma layı daxildir.

Hazırda sözügedən hissədə torpaq işləri yekunlaşmaq üzrədir. Təqribən 11 km-lik ərazidə     əsasın alt layı və qırmadaş lay, 9.5 km-lik ərazidə isə bitumlu əsas lay və əlaqələndirici lay inşa edilib. Bundan başqa Kürəkçay üzərində 1 aşırımlı və 18 metruzunluğunda körpünün, 26  ədəd dairəvi borunun, 1 ədəd alt keçidin və 7 ədəd      düzbucaqlı  keçidin tikintisi də aparılır.

Layihə üzrə fiziki işlərin tərəqisi 60 faiz təşkil edir.

26 km uzunluğunda Aran-Qarağacı hissəsi üzrə yol 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yenidənqurma işlərinə ötən ilin sonunda başlanılıb.

Layihə üzrə yolun ümumi eni 12 metr olacaq. Bura 7 metr hərəkət hissəsi və hər bir istiqamət üzrə çiyinlərin eni 2.5 metr təşkil edəcək. Yol geyimi konstruksiyasının qalınlığı 62 sm olmaqla bura 20 sm əsasın alt layı, 15 sm əsasın qırmadaş layı, 14 sm əsasın üst layı, 8 sm əlaqələndirici lay və 5 sm aşınma layı daxildir.

Hazırda sözügedən hissədə mobilizasiya işləri tamamlanmaq üzrədir, 4.5 km ərazidə torpaq yatağının tikintisi, 7.5 km ərazidə isə bitki qatının çıxarılması və 8 km mövcud asfaltın frezlənməsi işləri aparılıb. Bundan başqa layihə çərçivəsində M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan R18 Mingəçevir-Bəhrəmtəpə avtomobil yoluna avtonəqliyyat vasitələrinin rahat və maneəsiz keçidini təmin etmək məqsədi ilə 2 aşırımlı və 63 metruzunluğunda qovşağın, həmçinin yolun 9.3-cü km-də İncəçay üzərində 1 aşırımlı və 33.8 metr uzunluğunda avtomobil körpüsünün, 5 ədəd yeraltı keçidin və 82 ədəd müxtəlif ölçülü boruların inşası işləri aparılır.

111.9 km uzunluğunda Qarağacı-Bəhrəmtəpə hissəsi üzrə də yol 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yenidənqurma işlərinə ötən ilin əvvəllərində başlanılıb və 2 il müddətində tam olaraq yekunlaşdırılması planlaşdırılır.

Hər bir zolaqların eni 3.75 metr olmaqla yolun hərəkət hissəsinin eni 7 metr, ümumi yol yatağının eni isə 12 metr təşkil edəcək. Bura hər bir istiqamət üzrə 2.5 metr enində çiyin hissələr də daxildir. Yol geyimi konstruksiyasının qalınlığı bu ərazidə də 62 sm təşkil edir.

Hazırda 24.3 km hissədə torpaq işləri görülüb, körpü, boru və yeraltı keçidlərin tikinti işləri aparılır. Layihə üzrə sözügedən hissənin  34.7-ci km-də,Tərtərçay üzərində 3 aşırımlı və  111.4 metruzunluğunda, 57.3-cü km-də Xaçın çayı   üzərində 2 aşırımlı və 61.1 metr uzunluğunda və   85.2-ci km-də 38 metr uzunluğunda avtomobil körpülərinin inşası gedir. Buna paralel olaraq yol boyu 17 ədəd yeraltı keçiddən7-i tikilib, 243 ədəd müxtəlif diametrli borudan 45-itikilib, digərlərinin   tikintisi isə davam etdirilir.

Faktiki olaraq ümumi işlərin tərəqqisi 20 faizdir.

Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi saydı qüvvə cəlb olunub.

Qeyd edək ki, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması ilə yol boyu yaşayan vətəndaşların istər Gəncə-Qazax, istər Qax-Balakən, istərsə də Beyləqan-Füzuli, Saatlı-Şirvan və Bakı istiqamətlərinə rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256