NƏQLİYYAT

"Beşmərtəbə"də avtomobillərin hərəkəti köhnə qaydaya qaytarıldı
09 YANVAR
1423

"Beşmərtəbə"də avtomobillərin hərəkəti köhnə qaydaya qaytarıldı

2017-01-09 17:36:00
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxtın "Beşmərtəbə" kimi tanınan ərazisindəki yol nişanının dəyişdirilməsi ilə bağlı məlumatlara aydınlıq gətirib.
Fins.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən İdarənin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, həmin ərazidə yol hərəkəti xronometraj xarakterli dəyişdirildiyindən yanvarın 9-dan həmin ərazidəki yol hərəkəti əvvəlki qaydaya qaytarılıb:
"Həmin ərazidə pik saatlarında yaranan sıxlığın qarşısını almaq üçün hərəkətdə dəyişiklik edilərək xronometraj aparıldı. Yəni, Azərbaycan prospekti ilə hərəkət edən avtomobillərə "Beşmərtəbə" dairəsinə daxil olarkən üstünlük verildi. C.Cabbarlı küçəsi ilə "Beşmrtəbə" dairəsi üzrə hərəkət edən avtomobillər "Dayanmadan keçmək qadağandır" yol nişanının tələbinə uyğun hərəkət etməli idi. Son bir neçə gündə aparılan müşahidələr göstərdi ki, bu dəyişiklik ərazidəki tıxacı aradan qaldırmır, ona görə də hərəkət yanvarın 9-dan əvvəlki qaydaya qaytarıldı".
Hazırda ərazidə hərəkət əvvəl nəzərdə tutulduğu kimi təşkil edilib.
Mənbə: Trend 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0063
  • ₽ RUB
    0.0296