NƏQLİYYAT

Metroda gedişhaqqının artırılmasıyla bağlı – RƏSMİ AÇIQLAMA
09 YANVAR
5617

Metroda gedişhaqqının artırılmasıyla bağlı – RƏSMİ AÇIQLAMA

2017-01-09 11:27:00

Sosial şəbəkələrdə Bakı Metropolitenində yaxın günlərdə qiymət artımının ediləcəyi ilə bağlı məlumatlar yayılıb.

Məlumatlara görə, bu günlərdə Tarif Şurası gediş haqqının 35 qəpiyə qaldırılması ilə bağlı qərar verəcək. Bu da hardasa 70 faizə yaxın artım deməkdir.

Fins.az xəbər verir ki, Qafqazinfo bununla bağlı Tarif Şurasına müraciət edib. Şuradan bildirilib ki, metroda gediş haqqının qaldırılması ilə bağlı onlara hər hansı müraciət daxil olmayıb. Ümumiyyətlə isə, hazırda qiymət artımı gündəmdə deyil”.

Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev də “açıqlamasında bildirib ki, qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7352
  • € EUR
    1.8522
  • ₽ RUB
    0.0301