NƏQLİYYAT

Bakı-Gəncə sürət qatarı nə vaxt işə düşəcək?
06 YANVAR
1434

Bakı-Gəncə sürət qatarı nə vaxt işə düşəcək?

2017-01-06 17:27:00

Bakı-Gəncə sürət qatarının fəaliyyətə başlayacağı vaxt məlum olub. Ölkənin Qərb bölgəsinə sürət qatarı Bakı-Böyük Kəsik istiqamətində dəmir yolunun əsaslı təmiri yekunlaşdıqdan sonra hərəkət edəcək.

Bunu  "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə qatarların sürəti 100-140 km/saat təşkil edəcək: "Gəncəyə İsveçrənin  "Stadler Rail" şirkətinin "KİSS" markalı qatarları hərəkət edəcək. Ehtimal edirik ki, əlavə bu cür qatarların alınmasına ehtiyac yaranacaq".

Qeyd edək ki, hazırda Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Ötən ilin dekabr ayında Bərgüşad-Müsüslü mənzilində 12,5 km yolun əsaslı təmirinə start verilib. Bu layihənin icrasına isə 2015-ci ilin oktyabr ayının sonunda başlanılıb və bu günə kimi 186 km dəmir yolu əsaslı təmir olunub.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7025
  • € EUR
    1.8627
  • ₽ RUB
    0.0304