NƏQLİYYAT

Bu yollarda sürət endirildi
02 DEKABR
494

Bu yollarda sürət endirildi

2016-12-02 15:06:00

Yağmurlu hava şəraiti ilə əlaqədar paytaxtda iki avtomobil yolunda sürət həddi aşağı salınıb. Bakı Nəqliyyat Agentliyindən fins.az-a verilən xəbərə görə, Böyükşor–Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata və axırıncı zolaqda 80 km/saatdan 60 km/saata endirilib.

Eyni zamanda Zığ dairəsi–Hava limanı istiqamətində avtomobil yolunda isə sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata və axırıncı zolaqda 100 km/saatdan 80 km/saata endirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274