NƏQLİYYAT

Azərbaycanda yol çökdü- VİDEO
01 DEKABR
658

Azərbaycanda yol çökdü- VİDEO

2016-12-01 18:41:00

Xızıda sürüşmənin aktivləşməsi Xızı-Altıağac yolunda təhlükə yaradıb.

Fins.az ARB TV-yə istinadən xəbər verir ki, 23 noyabr tarixində baş verən sürüşmə daha da aktivləşib.

Nəticədə 11 yaşayış məntəqəsini birləşdirən yola ciddi ziyan dəyib. Sürüşmə nəticəsində yolun bir neçə hissəsində ümumilikdə bir kilometrədək məsafədə çökmələr baş verib, asfalt qatı dağılıb. Torpaq sürüşməsindən sonra Xızı-Altıağac yolunda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılsa da, qısa müddətdən sonra bərpa olunub.

Xızı-Altıağac yolu yeni çəkildiyindən 3 qat asfaltın bir qatı vurulub. Sürüşmə nəticəsində yolboyu istinad divarları və yol kənarında hasarlar 2 metr irəli gəlib. Yolda hərəkətin bərpası üçün ötən gün axşam saatlarından “Azəravtoyol ” ASC-nin canlı qüvvəsi və texnikası əraziyə cəlb edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, sürüşməyə atmosfer yağıntıları və noyabrın ortalarında Xəzər dənizində baş vermiş zəlzələnin təsiri səbəb olub.

Hadisə nəticəsində Altıağac qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz xəttinə xeyli ziyan dəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272