NƏQLİYYAT

Aşqabad-Bakı və Bakı-Frankfurt reysləri təxirə salındı
30 NOYABR
238

Aşqabad-Bakı və Bakı-Frankfurt reysləri təxirə salındı

2016-11-30 17:53:00

Almaniyanın "Lufthansa" aviaşirkətinin əməkdaşlarının tətili nəticəsində bugünkü Bakı reysləri təxirə salınıb.

Fins.az-ın verdiyi məlumata görə, bu barədə"Lufthansa"nın Bakı ofisindən məlumat verilib.

Şirkətdən verilən məlumata görə, bu günə iki reys planlaşdırılmışdı: Aşqabad-Bakı və Bakı-Frankfurt.

Dekabrın 2 və 3-nə planlaşdırılan reyslərin isə cədvələ uyğun olaraq həyata keçiriləcəyi bildirilib.

"RİA Novosti" agentliyinin məlumatına görə, tətil səbəbi ilə Lufthansanın noyabrın 29 və 30-na təyin olunan 1700 reysi, o cümlədən 88 qitələrarası reys təxirə salınıb.

Qeyd edək ki, tətil edən pilotlar əmək haqlarının 22 faiz artırılmasını tələb edirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272