NƏQLİYYAT

Sabunçu-Ramana yolu təmir olunur
29 NOYABR
145

Sabunçu-Ramana yolu təmir olunur

2016-11-29 16:25:00

Sabunçu rayonunda Sabunçu-Ramana  yolunun tikintisinə başlanılıb. "Azəravtoyol"  ASC-dən fins.az-a verilən xəbərə görə, həmin  yolun uzunluğu 5.7 km, mövcud eni isə 7-8 metr arası dəyişir. Layihəyə uyğun olaraq yol 10 metrə qədər genişləndiriləcək  və 2 hərəkət zolağından ibarət olacaq.

Yol uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğrayıb. Bu isə maşınların hərəkətində problemlər yaradıb. Üstəlik bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə törədirdi. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılır.

Hazırda vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 1.5 metr enində piyada səkilərinin tikintisi və yol boyu yeni səki daşlarının düzülməsi işləri aparılır. Paralel olaraq tikinti layihəsi çərçivəsində yol boyu zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, daha sonra karbonat materialı tökülərək yenidən kipləşdirilir.

Bundan başqa optimal qırmadaş qarışığından ibarət əsasın inşası aparılaraq yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir və hazır hissələrə 2 qat olmaqla  yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə yolun 60 min kv.metrlik ərazisinin asfaltlanması nəzərdə tutulub.

Layihəyə əsasən,  zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki,  Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə 2 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, yük və sərnişin daşıması yaxşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274