NƏQLİYYAT

Bakıda daha bir avtobus marşrutunun sahibi dəyişdi - AÇIQLAMA
26 NOYABR
1335

Bakıda daha bir avtobus marşrutunun sahibi dəyişdi - AÇIQLAMA

2016-11-26 13:48:00

Müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlər qarşısında ciddi tələblər qoyulsa da bəzi daşıyıcılar hələ də bu tələbləri tam şəkildə yerinə yetirmir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) fins.az-a verilən məlumata görə, şəhər nəqliyyat sistemində, xüsusən  də sərnişin avtobuslarında  təhlükəsizliyin və rahatlığın təmin edilməsi istiqamətində tədbirləri davam etdirilir.

“Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma ilə bağlı qoyulan tələbləri yerinə yetirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliyə uyğun ən sərt tədbirlər görməkdədir. Bu çərçivədə 195 nömrəli müntəzəm şəhərətrafı marşrut xətti üzrə sərnişindaşıma xidməti göstərən daşıyıcı şirkət ilə bağlanan müqaviləyə xitam verilib. 195 nömrəli marşrut üzrə fəaliyyət göstərən avtobusların texniki cəhətdən istismara yararsız olması, təyin olunan iş saatına qədər işləməməsi və intervalın çox olması qeyd olunan marşrutdan istifadə edən sərnişinlərin ciddi narazılığna səbəb olurdu. Sərnişinlərin Bakı Nəqliyyat Agentliyinin ALO141 Çağrı Mərkəzinə etdiyi müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində 195 nömrəli marşrut üzrə sərnişindaşıma xidmətinin mövcud tələblərə əməl olunmadan, daşıyıcı şirkət tərəfindən marşrut xəttinə istifadəyə yararsız və texniki cəhətdən nasaz avtobuslar buraxılmaqla həyata keçirilməsi müəyyən edilib. Bakı Nəqliyyat Agentliyinin müvafiq sərəncamına əsasən 195 nömrəli marşrut üzrə sərnişindaşıma xidmətinin göstərilməsi müvəqqəti olaraq digər fərdi sahibkara havalə edilib. Sahibkara tapşırılıb ki, 195 nömrəli marşrut üzrə sərnişindaşımanı yenilənmiş avtobuslardan istifadə etməklə və müvafiq qanunvericiliyin tələblərinə uyğun olmaqla təşkil etməlidir”, - deyə məlumatda vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270