NƏQLİYYAT

Bakıda yeni dəmiryolu çəkiləcək
25 NOYABR
457

Bakıda yeni dəmiryolu çəkiləcək

2016-11-25 15:16:00

Hazırda təmirdə olan Mərkəzi Dəmiryol Stansiyası artıq dekabrın 24-də fəaliyyətə başlayacaq. Fins.az-ın məlumatına grə, bu barədə "Azərbaycan Dəmir Yolları”nın rəhbəri Cavid Qurbanov bildirib. 

O qeyd edib ki, Bakı-Sumqayıt marşrutunda sərnişinlərin sayı artıb və yeni stansiyaların açılması, yeni lokomotiv və qatarların alınması nəzərdə tutulur. Bunula yanaşı, ADY Bakı-Pirşağı-Sumqayıt istiqamətində 29,2 km uzunluğunda dairəvi dəmir yolunun tikintisinə başlayacaq.

QSC-nin rəhbəri biletlərin onlayn satış sistemi, ötən il ərzində ADY tərəfindən alınan yeni lokomotivlər və elektrik qatarları barədə məlumat verib və bildirib ki, Naxçıvan-Məşəd marşrutu üzrə sərnişin qatarları noyabr ayının sonundan etibarən istismara veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272