NƏQLİYYAT

Azərbaycandan Rusiyaya gedən qatarların – YENİ CƏDVƏLİ
21 NOYABR
308

Azərbaycandan Rusiyaya gedən qatarların – YENİ CƏDVƏLİ

2016-11-21 13:10:00

Dekabrın 11-dən etibarən Rusiya-Azərbaycan marşrutu üzrə yeni hərəkət cədvəli tətbiq ediləcək.

Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Rusiya mətbuatının məlumatına görə, həm Rusiya, həm də Belarus dəmir yolları dekabr ayının 11-dən 2016-2017-ci illər üzrə yeni qrafikə keçirlər.

Yeni qrafikə görə, 411 xətt üzrə 565 qatarın hərəkəti nəzərdə tutulub. Xatırladaq ki, ötən il 409 xətt üzrə 561 qatar hərəkət edirdi.

Qeyd edək ki, "Rusiya Dəmir Yolları" ASC ötən il ilə müqayisədə gediş haqlarını artıracağını bəyan edib.  

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275