NƏQLİYYAT

Xaliq Faiqoğlu sürücüləri mükafatlandırıldı
17 NOYABR
200

Xaliq Faiqoğlu sürücüləri mükafatlandırıldı

2016-11-17 10:26:00

Bakı şəhərində müntəzəm sərnişindaşıma xidməti göstərən “Xaliq Faiqoğlu” MMC  nümunəvi fəaliyyəti ilə seçilən, nizan-intizam qaydalarına riayət edən sürücüləri mükafatlandırmışdır. Qeyd edək ki, “Bakı Kart” elektron ödəniş sistemində fəaliyyət göstərən 18,61,65,79,85 və 96 saylı xəttlərdə çalışan sürücülərin fəaliyəti, sərnişinlərlə rəftarı, yol-hərəkəti qaydalarına riayət olunması araşdırılmış və seçilən sürücülərin hər birinə diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur.

 Bakı Nəqliyyat Agentliyi əməkdaşlarının və mətbuat nümayəndələrinin iştirakı ilə keçən tədbirdə şirkətin rəhbəri Faiq Seyidov şirkətin 10 il ərzində keçdiyi  inkişaf mərhələsi, xüsusilə 2016-cı ildə görülən işlər barədə məlumat vermiş,  Bakı Nəqliyyat Agentliyinin (BNA) yaradılması ilə son 1 il ərzində Bakı şəhərində sərnişindaşıma xidmətinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar və həyata keçirilən islahatlarda “Xaliq Faiqoğlu” şirkətinin yaxından iştirak etdiyini xüsusi vurğulamışdır.

F.Seyidov bildirmişdir ki, BNA tərəfindən görülən tədbirlər, sərnişindaşıma sahəsində tətbiq edilən yeniliklər nəticəsində uzun illərdir bu sahədə ciddi problemlərdən biri olan sürücü probleminin həllini sürətləndirmiş, sürücü-sərnişin münasibətləri müsbət mənada inkişaf etmişdir. Belə ki, elektron ödəniş sisteminə keçid, avtobuslarda quraşdırılan videomüşahidə sistemi, sürücülərlə mütəmadi aparılan maarifləndirici işlər artıq öz nəticəsini verməkdədir.

F.Seydiov daha sonra əlavə etmişdir: Bu gün sürücülər üçün hər cür şərait yaradılmışdır. Şirkət tərəfindən yeni, müasir avtobuslar alınmış, sürücülər xüsusi geyimlə təchiz olunmuş, tibbi və texniki təlimlərə cəlb olunmuşlar. Sürücülərin seçim qaydası ciddi şəkildə aparılır, yaş həddi, müvafiq kateqoriya,iş təcrübəsi əsas götürülür. Ümumiyyətlə 2017-ci ilin I rübü ərzində şirkətin istismarında olan xəttlərdə avtobuslar tamamilə yenilənəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272