NƏQLİYYAT

Nobel prospektində hərəkət bərpa olunub
14 NOYABR
242

Nobel prospektində hərəkət bərpa olunub

2016-11-14 14:12:00

Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində layihələndirilən yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq mərkəzdən Zığ istiqamətinə doğru prospektin sözügedən kəsişməsi 30.03.2016-cı il tarixindən bağlanaraq hərəkət alternativ yollara istiqamətləndirilmişdi.

Piyada keçidində işlər yekunlaşdığından  (yalnız daxildə üzləmə işləri qalıb) bu gündən etibarən Nobel prospektində qazılmış sahə bərpa olunub və yeni asfalt-beton örtüyü döşənib. Bu üzdən sözügedən ərazidə hərəkət  əvvəlki  istiqamətdə bərpa olunub.

Qeyd edək ki, Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində layihələndirilən yeraltı piyada keçidində 220 m uzunluğunda qalereyanın tikintisi  yekunlaşıb. Hal-hazırda qalereyanın  mərmər-qranitlə üzlənməsi işləri davam etdirilir. Bundan başqa 8 ədəd çöl şəraitində quraşdırılan eskalatorların yaxın müddət ərzində keçidin giriş hissələrində quraşdırılması da nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274