NƏQLİYYAT

Azərbaycan-Rusiya sərhədində – BÖYÜK TIXAC
11 NOYABR
306

Azərbaycan-Rusiya sərhədində – BÖYÜK TIXAC

2016-11-11 10:45:00
Azərbaycan-Rusiya sərhədində yerləşən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük-keçid məntəqəsində tıxac yaranıb. Fins.az-ın verdiyi məlumata görə, ərazidə təxminən 250-dək yük maşını Rusiyaya Federasiyasına keçmək üçün növbə gözləyir.
 
Sürücülərin sözlərinə görə, bu durum 2 gündür yaşanır: "Yük maşınlarımız qonşu ölkənin gömrük məntəqəsindən buraxılmamasına görə, Azərbaycan tərəfdə sıxlıq yaranıb".
 
Rusiyaya müxtəlif çeşidli mal aparanlar arasında Azərbaycan vətəndaşları ilə yanaşı Rusiya və İrandan olan sürücülər də var. Sıxlığın mövsümlə bağlı olduğu bildirilir. Ötən gün Rusiya tərəfinə yalnız 150 yük maşını yola salınıb.
 
Samur" buraxılış məntəqəsinin rəis müavini Cavid Nadirov bildirib ki, təxminən 1 saatdan sonra Azərbaycan və Rusiya gömrükçülərinin görüşü baş tutacaq və bununla problem aradan qaldırılacaq".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275