NƏQLİYYAT

Bakı-Pirşağı-Sumqayıt dairəvi dəmir yolu bərpa olunacaq
10 NOYABR
407

Bakı-Pirşağı-Sumqayıt dairəvi dəmir yolu bərpa olunacaq

2016-11-10 09:38:00

Bakı sərnişin – Pirşağı – Sumqayıt istiqamətində 29,2 km uzunluğunda dairəvi dəmir yolunun əsaslı təmir işlərinə start verilib.

“Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir.  

"İşlər mərhələ-mərhələ aparılır. Hazırda 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi bu dairəvi dəmir yolunun Nərimanov – Böyükşor mənzilində 2,2 km uzunluğunda olan hissəsinin təmirinə başlayıb. İndi köhnə yolun söküntüsü və torpaq yatağının işlənməsi prosesi gedir", - deyə N.Əzməmmədov əlavə edib. 

N.Əzməmmədov bildirib ki,bu layihə həyata keçirildikdən sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin dəmir yolundan istifadə etməklə nəqliyyat problemi qismən də olsa, aradan qaldırılacaq: "Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq".

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272