NƏQLİYYAT

Bu yollarda piyada keçidləri tikiləcək – SİYAHI
04 NOYABR
383

Bu yollarda piyada keçidləri tikiləcək – SİYAHI

2016-11-04 09:54:00

"Azəravtoyol" ASC paytaxtın əsas yollarında 11 yerdə piyada keçidləri tikir. Qurumdan Fins.az-a verilən xəbərə görə, həmin keçidlər bu yollarda tikilir.

1. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-i ( Xırdalan qəbirstanlığının yaxınlığı ), 13.7-ci km-i (Mətanət-A şirkətinin yaxınlığı) və 27.7-ci km-i ( Ceyranbatan qəsəbəsi );

2. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 12.3-cü km-i ( Sulutəpə qəsəbəsi ), 23.5-ci və 24.4-cü km-ri ( Müşfiq qəsəbəsi );

3. Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 18-ci km-i ( hərbi hissənin yaxınlığı )

4. Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsi ( yeraltı keçid )

5. Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsi;

6. Zığ-Hövsan avtomobil yolunun 1.8-ci və 4.3-cü km-ri. Artıq həmin keçidlərdən ikisində işlər yekunlaşmaq üzrədir.

Bu Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-də və “Sabunçu körpüsü”nün yaxınlığında inşa edilən yerüstü piyada keçidləridir.

Bakı-Sumqayıt yolundakı keçiddə isə artıq son tamamlanma işləri aparılır. Belə ki, keçidin pilləkan və asma hissəsi tam hazırdır, hazırda dirəklərin üzlənməsi işləri aparılır. “Sabunçu körpüsü”nün yaxınlığındakı keçidin tikintisi isə son mərhələdədir. Bundan başqa daha 8 yerdə isə yaxın zamanda keçidlərin tikintisinə başlanılacaq. Bu aşağıdakı yollardır:

1. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-i - Ceyranbatan qəsəbəsi;

2. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-i - Hökməli dairəsinin yaxınlığı;

3. Yasamal rayonu Hüseyn Cavid parkının qaşısında - yeraltı keçid

4. Mərdəkan-Zağulba yolunda - "Xrustalnı" deyilən ərazi;

5. Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-i;

6. Zığ-Hövsan avtomobil yolunun 2.6-cı km-i;

7. Xətai rayonu Neapol küçəsi - 171 nömrəli məktəbin yaxınlığı, həmçinin M.Hadi və S.Ə.Şirvani küçələrinin kəsişməsi;

8. Moskva prospekti, “Şamaxinka” deyilən ərazi.

Yaxın zamanlarda zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşaası nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275