NƏQLİYYAT

Strateji Yol Xəritəsi bu il təsdiq ediləcək – AÇIQLAMA
01 NOYABR
251

Strateji Yol Xəritəsi bu il təsdiq ediləcək – AÇIQLAMA

2016-11-01 11:08:00

"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" adlı sənədin hazırlanması artıq yekunlaşıb. Sənədin ilin sonuna qədər təsdiqi və ictimaiyyətə açıqlanması planlaşdırılır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) fins.az-a bildirilib ki, indi sənədin hüquqi və linqvistik ekspertizası aparılır. Qeyd edək ki, Strateji yol xəritəsi postsovet məkanında bütün maraqlı tərəflərin iştirakı və açıq ictimai müzakirələr aparılmaqla qəbul edilən ilk belə sənəd olacaq. Strateji yol xəritəsinin yazılmasında 400 nəfərə qədər xarici və yerli ekspert birbaşa iştirak edib. Bununla yanaşı sənədin yazılması üçün 4000 nəfərlə 150-ə qədər görüş keçirilib.

Strateji yol xəritəsi iqtisadiyyatın 11 əsas sektoru ilə yanaşı, həm də ümumi iqtisadi mühiti ehtiva edən milli iqtisadiyyat perspektivini də əhatə edir. Ümumilikdə, milli iqtisadiyyat perspektivi və 11 iqtisadi sektora dair yol xəritəsini özündə birləşdirən Strateji yol xəritəsi 12 sənəddən ibarətdir. Strateji baxış və yol xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə təfsilatlı birillik yol xəritəsi, 2017-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci il üçün uzunmüddətli baxış və 2025-ci ildən sonra hədəf baxışından ibarətdir. Sənəd təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də hər bir istiqamət üzrə qlobal trendlər, mövcud vəziyyətin təhlili, görüləcək tədbirlər, tələb olunan investisiya və əsas indikatorları əhatə edir. Seçilmiş prioritetlərə qısamüddətli dövrdə fokuslanmaqla orta və uzunmüddətli dövrlərdə iqtisadi inkişafın fundamenti qoyulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275